Mitinqdə 700 min nəfər insan iştirak edib. Mitinqdə 700 min nəfər insan iştirak edib.
  • Qərb
  • 21 Oktyabr 2018 13:50
  •  1 503

İngiltərə tarixinin ən böyük nümayişi

Mitinqdə 700 min nəfər insan iştirak edib.

Böyük Britaniyanın paytaxtı Londonda krallığın Avropa İttifaqından çıxmasına dair referendumun (Brexit) yenidən keçirilməsinə dair mitinq keçirilib.

“The Guardian” qəzetinin ölkə tarixinin ən böyük nümayişi adlandırdığı etiraz aksiyası “Hyde” Parkdan başlayaraq, parlament binasınadək davam edib.

Hökumətdən referendumun yenidən keçirilməsini tələb edən nümayişçilər Avropa İttifaqının valyutasını (avro) əllərində tutaraq, krallığın Avropa İttifaqından ayrılmasına dair şüarlar səsləndiriblər.

Londonun müsəlman meri Sadiq Xan tərəfindən başladılan yürüş onun nümayişçilər qarşısında çıxışı ilə davam etdirilib. Aksiyada Şotlandiyanın Baş naziri Nikola Sturgeon da iştirak edib.

Qeyd edək ki, Britaniya Baş naziri Tereza Mey ikinci Brexit-in keçirilməsini rədd edir. O, ölkənin 2019-cu il martın 29-da Avropa İttifaqından ayrılacağını bildirib.(teleqraf.com)

AzNews.az