Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı ilə telefon danışığı aparıb. Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı ilə telefon danışığı aparıb.
  • Qərb
  • 22 Oktyabr 2018 16:37
  •  1 694

Makron Trampa telefonda nə deyib?

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı ilə telefon danışığı aparıb.

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, E.Makron Donald Trampa zəng edərək, Rusiya ilə bağladığı nüvə müqaviləsinin Avropanın təhlükəsizliyi üçün olan önəmi haqqında danışıb.

Bu haqda Fransanın Prezident sarayından açıqlama verilib.

İki ölkə prezidentinin telefon söhbətində Suriyadakı vəziyyətlə bağlı da mövzu açıldığı bildirilir.

Emmanuel Makron və Donald Tramp jurnalist Camal Qaşıqçının faciəvi ölümü ilə də bağlı məsələni müzakirə ediblər.

Nurlan AĞA
AzNews.az