Polşanın xarici işlər naziri Yaçek Çaputoviç Rusiyanı ittiham edib Polşanın xarici işlər naziri Yaçek Çaputoviç Rusiyanı ittiham edib
  • Qərb
  • 22 Oktyabr 2018 18:47
  •  1 228

Polşadan Rusiyaya etiraz - Moskvanın ucbatından ...

Polşanın xarici işlər naziri Yaçek Çaputoviç Rusiyanı ittiham edib

Xəbər verildiyi kimi bir neçə gün bundan öncə Polşanın PGNiG energetika şirkəti ABŞ-ın "Venture Global Calcasieu Pass", "LLC" və "Venture Global Plaquemines" şirkətləri ilə 2 milyon ton sıxışdırılmış təbii qazın il ərzində Polşaya göndərilməsi haqda müqavilə imzalayıb.

Polşanın xarici işlər naziri Yaçek Çaputoviç bu gün verdiyi açıqlamasında Rusiyanı ittiham edərək bildirib ki, müqavilənin həyata keçməsi rəsmi Moskvanın ucbatından gecikir, çünki bu ölkə NATO-nun sərhədlərində razılaşdırılmayan təlimlər keçirir və beləliklə Rusiya ilə NATO arasında imzalanan müqavilənin şərtləri pozulur.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi Moskvadan fərqli olaraq NATO-nun təlimləri quruda Rusiyanın sərhədlərindən 1000 kilometr, havada isə 500 kilometr uzaqlıqda həyata keçiriləcək.

Bu fikirləri Norveç hərbi qüvvələrinin general-leytenantı Rune Yakobsen deyib.

30 ölkədən 50 min hərbçinin iştirak edəcəyi təlimlərin oktyabr ayının 25-dən noyabr ayının 7-dək Norveçdə keçiriləcəyi deyilir.

Babək Göyüş

© AzNews.az