ABŞ Suriyada dinc sakinlərin ölməsinə aydınlıq gətirib. ABŞ Suriyada dinc sakinlərin ölməsinə aydınlıq gətirib.
  • Qərb
  • 22 Oktyabr 2018 19:51
  •  1 347

Amerikalı general məscidin vurulmasından razı qalıb

ABŞ Suriyada dinc sakinlərin ölməsinə aydınlıq gətirib.

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının başçısı Cozef Votel Suriyanın İraq sərhədi yaxınlığındakı Sosa şəhərindəki məscidə endirilən hava zərbəsi nəticəsində içəridəki yaraqlıların məhv olunmasından razı qaldıqlarını bildirib.

General Votelin sözlərinə görə, İŞİD terrorçularının qərargah və əlaqələndirmə mərkəzi olaraq istifadə etdikləri həmin məscidə zərbə endirmək qərarı düşünülmüş şəkildə və qanuni əsasla verilib, mülki sakinlərin həlak olması isə bu kimi hallarda labüd və məqbul sayılır.

Qeyd edək ki, Deyr əz-Zoir əyalətində yerləşən sözügedən məscidə ABŞ ordusunun hava zərbəsi nəticəsində ətrafdakı yaşayış evləri dağılıb, azı 62 nəfər mülki şəxs həlak olub.(report.az)

AzNews.az