Camal Qaşıqçı cinayəti ilə bağlı yeni məqamlar ortaya çıxır. Camal Qaşıqçı cinayəti ilə bağlı yeni məqamlar ortaya çıxır.
  • Qərb
  • 23 Oktyabr 2018 10:24
  •  1 542

Tramp baş kəşfiyyatçını Türkiyəyə göndərdi

Camal Qaşıqçı cinayəti ilə bağlı yeni məqamlar ortaya çıxır.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru Qina Haspel Türkiyəyə gəlir.

Hazırda onun təyyarəsinin yolda olduğu bildirilir.

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı Səudiyyə Ərəbistanının açıqlamasının onu məmnun etmədiyini qeyd etmişdi.

“Al-Jazeera” kanalından Zeyna Xodr isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü açıqlamasından gözləntilər olduğunu vurğulayıb.

Digər tərəfdən isə bir sıra ölkələrin boykot etdiyi, Ər-Riyadda gerçəkləşdiriləcək yatırım konfransının saytı hak olunub.

Saytda Ər-Riyad hökumətinin terrorizmi dəstəklədiyini göstərən foto paylaşılıb.

Nurlan AĞA
AzNews.az