Əgər bu qayda daha çox pozulsa... Əgər bu qayda daha çox pozulsa...
  • Qərb
  • 23 Oktyabr 2018 11:05
  •  1 499

Bu məktəblərdə qəribə qadağa

Əgər bu qayda daha çox pozulsa...


İngiltərənin Birminhem şəhərindəki məktəblərdən birində tənəffüs zamanı uşaqların bir–biri ilə danışmasına qadağa qoyulub.

Qaydanı pozan şagirdlər cəzalandırılaraq dərsdən 20 dəqiqə uzaqlaşdırılacaq. Əgər bu qayda daha çox pozulsa, cəzalar da artacaq.

Bu qaydaya əsasən şagirdlər yalnız restoran və yemək məkanlarında bir-biriləri ilə ünsiyyət qura bilərlər.

Məktəb rəhbərliyi yeni metodun əsas məqsədinin uşaqların sakit və öyrənməyə hazır şəkildə dərsə başlamasını təmin etmək olduğunu bildirib. Lakin bəzi valideynlər bunun uşaqları bir-birinə yadlaşdıracağını iddia edirlər.

Qeyd edək ki, Naynsatyl adlı məktəbdə 1400 şagird təhsil alır. Yeni qayda noyabr ayının 5-dən tətbiq ediləcək. (ikisahil.az)

© AzNews.az