Bu barədə məlumat “Təhsildə şans bərabərliyi” hesabatında yer alıb. Bu barədə məlumat “Təhsildə şans bərabərliyi” hesabatında yer alıb.
  • Qərb
  • 24 Oktyabr 2018 08:08
  •  1 368

Avstriyada təhsil imkanları qeyri-bərabərdir

Bu barədə məlumat “Təhsildə şans bərabərliyi” hesabatında yer alıb.

Dünyanın bir çox sənaye ölkələri ilə müqayisədə Avstriyada təhsil imkanları xüsusilə qeyri-bərabərdir.

Bu barədə məlumat “Təhsildə şans bərabərliyi” hesabatında yer alıb. Hesabatda bildirilir ki, Avstriyada valideynlərin sosial-iqtisadi vəziyyəti övladların təhsilinə ciddi təsir edir. Eləcə də uşaqların təhsil prosesi valideynlərin ali təhsil dərəcəsindən asılıdır. Belə ki, ali təhsilli valideynlərin övladları daha yüksək dərəcəli təhsil müəssisələrini bitirdikləri halda, ali təhsili olmayan valideynlərin övladları orta məktəbdən sonra təhsili davam etdirməyə can atmırlar. Hesabatda Avstriyanın göstəricilərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta göstəricisindən ciddi fərqləndiyi əks olunub.

Avstriyanın təhsil naziri Haynts Fassmann qeyd edib ki, uşaqlar arasında şans bərabərliyini təmin etmək üçün sosial-iqtisadi cəhətdən aşağı təminatlı ailələrin övladlarına məktəbdə deyil, daha əvvəl – uşaq bağçalarında diqqət ayrılmalı və bunun üçün müşayiətedici xüsusi proqramlar təqdim edilməlidir.

Müxalifət partiyaları isə hökuməti tənqid edərək, məktəblərdə müəllim çatışmazlığına diqqət yönəldiblər. Sosial-demokratlar yaxın illərdə əlavə beş min müəllim üçün ştat açılmasını, zəif şagirdlər üçün dərsdən sonra dövlət hesabına məşğələlər keçirilməsini tələb ediblər. Habelə valideynlərin sosial statusunun uşaqların təhsili yolunda rol oynaması müasir dövr üçün qəbuledilməz hal kimi dəyərləndirilb.(AZƏRTAC)

AzNews.az