Türkiyə prezidenti və amerikalı həmkarı görüşəcək. Türkiyə prezidenti və amerikalı həmkarı görüşəcək.
  • Qərb
  • 24 Oktyabr 2018 09:59
  •  2 153

"Sərinlik" keçdi: Ərdoğanla Tramp görüşəcəklər - TARİX AÇIQLANDI

Türkiyə prezidenti və amerikalı həmkarı görüşəcək.

AzNews.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 11-12-si tarixlərində Paris Sülh konfransı ilə bağlı Fransaya gedəcək.

R.T.Ərdoğan və ABŞ prezidenti Donald Trampın iki ölkə arasında qalmaqala səbəb olmuş rahib Branson məsələsindən sonra bir araya gələcəyi ehtimal olunur.

Onların noyabrın 11-də görüşə biləcəyi iddia olunub.

Görüşdə Suriya problemi, FETÖ rəhbərinin geri qaytarılması, terrorçu qruplara yardım edilməsi, “Halkbank”ın həbsdə olan sədr müavini Hakan Atillanın məsələsinin müzakirə olunacağı da bildirilir.

Türkiyə və ABŞ prezidentləri son telefon danışıqlarında iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasını müəyyən etmişdilər.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçiriləcək tədbir I Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümünə həsr olunub.

Nurlan AĞA
AzNews.az