"Fikirləşirik ki, hər şey yaxşı gedir" "Fikirləşirik ki, hər şey yaxşı gedir"
  • Qərb
  • 8 Noyabr 2018 08:43
  •  2 116

Kim Çen Inla görüşə tələsmirəm - Tramp

"Fikirləşirik ki, hər şey yaxşı gedir"

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Şimali Koreya lideri Kim Çen Inla görüşə tələsmir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ağ Evin sahibi Şimali Koreyaya rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyadan da söz açıb.

Tramp bildirib ki, hələ o sanksiyaların tam çıxarılmasının vaxtı yetişməyib: " Ancaq çıxartmaq istərdim, gərək qarşı tərəf də dediklərimizə reaksiya versin".

ABŞ prezidenti Ağ Evdə Konqresə aralıq seçkilərin keçirilməsinin nəticələrinə həsr olunan mətbuat konfransında əlavə edib ki, Şimali Koreya ilə qurulan münasibətlərdən razıdır:

"Fikirləşirik ki, hər şey yaxşı gedir. Ona görə Şimali Koreya lideri ilə görüşə tələsmirəm. Yəqin ki, o görüş gələn ilin əvvəlində baş tutacaq".

Babək Göyüş

AzNews.az