Ağ Evin sahibi CBS telekanalına müsahibə verib Ağ Evin sahibi CBS telekanalına müsahibə verib
  • Qərb
  • 8 Noyabr 2018 15:40
  •  1 649

Tramp Obamanı ittiham etdi - "Krımı Rusiyaya o verib"

Ağ Evin sahibi CBS telekanalına müsahibə verib

"Mən Ukraynaya güclü silahlar, tank əleyhinə sistemlər verdim. Əvvəlki prezident Barak Obama isə bunları verməyə cəhd göstərmədi, nəticədə Ukraynanın bir hissəsini Rusiyaya verdi".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp CBS telekanalına verdiyi müsahibəsi zamanı səsləndirib.

Yeri gəlmişkən, 2014-cü ildə Krım probleminin həlli zamanı Qərbin mövqeyini əks etdirən stenoqram üzə çıxıb.

Orda deyilir ki, paytaxtda qarşıdurma yarandığından Krımda ayrılmaq haqda mülahizələr yürüdülüb. Kiyevdə isə bunun həlli yolu tapılmayıb. Onlar bu regionda ya müharibəyə başlamaq, ya da hərbi vəziyyət elan haqda düşünüblər.

Qərar isə "xarici müşavirlərin" fikirlərinə əsasən verilib.

Qeyd edək ki, Krım 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olub, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır.

Babək Göyüş

AzNews.az