Fransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək. Fransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək.
  • Qərb
  • 8 Noyabr 2018 17:19
  •  2 454

Fransa Gürcüstana 18 milyon avro yardım edəcək - Hərbi məqsədlər üçün

Fransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək.

Bu sözləri Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.

Nazir müavini deyib ki, bu yardım Gürcüstanın 2019-cu il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində də əksini tapıb. Bu vəsait hesabına Gürcüstan Müdafiə Nazirliyinin 2019-cu il üçün maliyyələşməsi 55 milyon lari artırılıb. Fransa bu vəsaiti Gürcüstana 2015-ci ildə imzalanmış müqavilə əsasında ödəyəcək.(AZƏRTAC)

AzNews.az