Avropa Şurasının prezidenti Rusiyanın Ukraynaya qarşı təcavüzündən danışıb Avropa Şurasının prezidenti Rusiyanın Ukraynaya qarşı təcavüzündən danışıb
  • Qərb
  • 8 Noyabr 2018 17:21
  •  2 568

Tusk avropalılara səsləndi: Putini dəstəkləyirsinizsə ... Xristian demokrat deyilsiniz!

Avropa Şurasının prezidenti Rusiyanın Ukraynaya qarşı təcavüzündən danışıb

Xəbər verildiyi kimi Helsinki şəhərində Avropa Xalq Partiyasının sammiti keçirilir. Sammitdə Avropa Şurasının prezidenti Donald Tusk çıxış edərək maraqlı açıqlamalar verib. O, daha çox Rusiyanın Ukraynaya qarşı təcavüzündən danışıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Avropa Şurasının mətbuat xidməti yayıb.

"Əgər siz Putini və onun Ukraynaya qarşı müdaxiləsini dəstəkləyirsinizsə, demokratik xristian deyilsiniz. Deməli işğalçının tərəfindəsiniz və həlak olanların taleyi sizi maraqlandırmır". Donald Tusk belə deyib.

Poroşenkonun mətbuat xidmətinin rəhbəri Svyatoslav Tseqolqo bildirib ki, Tuskun çıxışı bütün zalda toplaşanlar tərəfindən dəfələrlə alqışlanıb.

Həmin vaxt zalda Ukrayna prezidenti Petr Poroşenko və Ukraynanın Avropa Şurasındakı üzvləri də olub.

Qeyd edək ki, Tusk bir müddət öncə bəyan etmişdi ki, prezident Vladimir Putinin rəhbərliyilə Rusiya Federasiyası Avropa Birliyinin təhlükəsizliyinə və Birliyinə ciddi təhlükədir.

Babək Göyüş

AzNews.az