Baş nazir hər iki tərəfin zirvə toplantısı keçirməyə hazırlaşdığını bildirib. Baş nazir hər iki tərəfin zirvə toplantısı keçirməyə hazırlaşdığını bildirib.
  • Qərb
  • 13 Noyabr 2018 09:12
  •  1 463

“Brexit” müzakirələri son mərhələyə çatıb - Tereza Mey

Baş nazir hər iki tərəfin zirvə toplantısı keçirməyə hazırlaşdığını bildirib.

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından ayrılmasına dair aparılan müzakirələrin artıq son mərhələyə çatdığını açıqlayıb.

Londonda ziyafətə qatılan Baş nazir gecədə çıxış edib. O, “Brexit” danışıqları haqqında məlumat verib. Tereza Mey danışıqların olduqca çətin olduğunu, lakin tərəflərin irəliləyiş üçün çalışdığını söyləyib.

Baş nazir hər iki tərəfin noyabr ayının sonunda xüsusi zirvə toplantısı keçirməyə hazırlaşdığını bildirib.(AZƏRTAC)

AzNews.az