Liviya əməliyyatının təşəbbüskarı bir neçə Avropa ölkəsi olub. Liviya əməliyyatının təşəbbüskarı bir neçə Avropa ölkəsi olub.
  • Qərb
  • 13 Noyabr 2018 11:49
  •  1 475

“Liviyaya hücumu bu iki ölkə istədi” - Stoltenberq

Liviya əməliyyatının təşəbbüskarı bir neçə Avropa ölkəsi olub.

Liviya əməliyyatının təşəbbüskarı NATO yox, alyansın köməyinə ehtiyacı olduğunu anlayan bir neçə Avropa ölkəsi olub.

Bunu Berlində jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“Hərdən avropalı müttəfiqlər nəyisə ABŞ-sız etməyə qadir olmalıdırlar. Mən Liviya əməliyyatını yaxşı xatırlayıram. Ona görə ki, o zaman mən Norveçin baş naziri idim. Liviya əməliyyatı əvvəldən NATO əməliyyatı deyildi. Bu, Avropanın – Almaniyanın yox, daha çox Fransa və Britaniyanın təşəbbüskar olduğu əməliyyat idi. Parisdə Liviyanın müzakirəsi zamanı masa arxasında NATO yox idi. Sonradan təşəbbüskar ölkələr ABŞ və alyansın yardımına ehtiyac duyduqlarını anladılar. Avropanın “strateji muxtariyyət” dediyi şeyin nə anlama gəldiyi aydın deyil, amma bu elə səslənir ki, sanki söhbət bir yerdə nə isə böyük strateji işlər görməkdən gedir. Mən bunun ağıllı addım olduğunu düşünmürəm”, – deyə o bildirib.(axar.az)

© AzNews.az