Bu tip insidentlər 2016-cı illə müqayisədə 17% yüksəlib. Bu tip insidentlər 2016-cı illə müqayisədə 17% yüksəlib.
  • Qərb
  • 15 Noyabr 2018 16:41
  •  1 291

ABŞ-da dini-irqi dözülməzlik cinayətlərinin sayı kəskin surətdə artıb

Bu tip insidentlər 2016-cı illə müqayisədə 17% yüksəlib.

ABŞ-da irqi və dini nifrət zəminində törədilən cinayətlərin sayında ciddi artış təsbit edilib.

Federal Təhqiqatlar Bürosu bu tip insidentlərin 2016-cı illə müqayisədə 17% yüksəldiyini təsbit edib.

Məsələ ilə əlaqədar FTB və Ədliyyə nazirliyi oxşar cinayət hadisələrinin qarşısının alınması və potensial təhlükəli şəxs və qrupların aşkar edilməsi üzrə xüsusi proqramlar hazırlayıb.

Xəbərə görə, 2017-ci ildə ABŞ-da 7175 nifrət və dözülməzlik zəmində cinayət aktı törədilib. (Müqayisə üçün 2016-cı ildə 6121)

Statistikaya əsasən əksər cinayətlər (59,6%) irqi-etnik səbəblərə dayanır. İkinci yerdə (20,6%) dini dözülməzlik gəlir. Üçüncü yer isə (15,8%) seksual orientasiya məsələsi ilə bağlıdır.

Bundan əlavə, əlillərə qarşı nifrət (1,9%) və gender zəminində (0,6%) törədilən cinayələr də işə əlavə olunub.

5 min cinayət hadisəsi konkret qrup şəxslərə qarşı həyata keçirilib. Burada fiziki hücumdan tutmuş, şantaj və təhdidə qədər hər cür əməl yer alıb. 3 minə yaxın cinayət aktı isə əmlakın dağıdılması, vandalizm və qarətlə müşahidə olunub.

San-Fransiskonun dairə prokuroru Corc Qaskon yerli “San Francisco Chronicle” qəzetinə verdiyi müsahibədə cəmiyyətdə bu tip gərginliklərin artmasına səbəbin ABŞ prezidenti Donald Tramp və onun kobud davranışları olduğunu deyib.

“Prezident əlilləri ələ salır, meksikalıları qarətçi və təcavüzkar adlandırır, müsəlman ölkələrindən gələnlərə qadağa tətbiq edir, afro-amerikanlara qarşı tərbiyəsiz ifadələr işlədir”,- deyə prokuror öz fikrini əsaslandırıb.(musavat.com)

© AzNews.az