11 yaşlı Sahib Almaniyanın Kastrop Rauksel şəhərində əməliyyat olunub. 11 yaşlı Sahib Almaniyanın Kastrop Rauksel şəhərində əməliyyat olunub.
  • Qərb
  • 15 Noyabr 2018 16:54
  •  2 195

Kimsəsiz azərbaycanlı uşaq Almaniyada əməliyyat olundu

11 yaşlı Sahib Almaniyanın Kastrop Rauksel şəhərində əməliyyat olunub.

Quba rayonun Əlibəyqışlaq kənd sakini, 11 yaşlı Sahib Almaniyanın Kastrop Rauksel şəhərində əməliyyat olunub.

Sahib iki yaşı olanda üstünə qaynar çay tökülməsi nəticəsində boynundan ağır yanıq yaraları alıb.

Ağır yanıq zədələri nəticəsində uşaq yalnız fiziki deyil, həm də mənəvi əziyyət çəkirdi. Anasının ölümündən sonra isə Sahib həyatda normal yaşamaq üçün bütün ümidlərini itirmişdi.

Son illər Sahib sol əlini, demək olar ki, tərpədə bilmirdi. Dərisi son dərəcə incəlmiş, damar və əzələləri açıq zədələr almışdı. Almaniyada Sahibi müayinə edən həkimlər onu əməliyyat etməyə qərar veriblər.

St.Rochus klinikasında edilən əməliyyatdan sonra onun ağrıları xeyli azalıb. Lakin həkimlər onun sol əlinin işinin bərpası üçün zaman lazım olduğunu bildiriblər. Sahib isə artıq klinikanın dəhlizlərində yeriyir və normal həyata dönmək üçün çalışır.

Axı onun böyük arzusu var - Azərbaycana xidmət etmək!(oxu.az)