O, pedofillikdə suçlanaraq həbs edilmişdi O, pedofillikdə suçlanaraq həbs edilmişdi
  • Qərb
  • 16 Noyabr 2018 14:55
  •  1 351

Manyak FETO-çu ABŞ-dan deportasiya edildi - Türkiyəyə göndərildi

O, pedofillikdə suçlanaraq həbs edilmişdi

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-da pedofillikdə təqsirləndirilən FETO-çu Mehmet Salih Gözegir, Türkiyəyə göndərilib.

ABŞ-da yerləşən Raindrop vəqfində əvvəllər idarə heyətinin üzvü olan Mehmet Salih Gözegir, “uşaqları virtual məkanlarda əxlaqsızlığa təşviq etmək” və “uşağa cinsi istismara təşəbbüs etmək”də təqsirli bilinib və ABŞ-dan deportasiya edilib.

Gözegirin 2014-də bu ölkəyə tibb təhsili üçün gəldiyi deyilir.

Amerika mediasındakı xəbərə görə, Gözegir, Texas Tibb Mərkəzinin nəzdindəki Baylor Tibb Kollecində doktorantura təhsili alıb. Həmin vaxtlarda, 14-15 may 2015-ci ildə polisin keçirdiyi əməliyyatla həbs edilib.

Pərvanə AĞAZADƏ
AzNews.az