Almaniya maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır. Almaniya maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.
  • Qərb
  • 18 Noyabr 2018 09:41
  •  1 313

“ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir” - Sabiq kansler

Almaniya maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.

Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.

Siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.

Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.(report.az)

AzNews.az