Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib. Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib.
  • Qərb
  • 18 Noyabr 2018 10:33
  •  1 190

Meşə yanğınları 76 can aldı

Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib.

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfər çatıb.

Bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib.

K.Honi deyib: "İtkin düşənlərin sayı 1276 nəfər çatıb. Ötən gecədən daha 5 nəfərin cəsədləri tapılıb və ölənlərin sayı 76-ya çatıb".

Qeyd edək ki, "Camp" adlı yanğın noyabrın 8-də Kaliforniyanın şimalında başlayıb. Bundan əlavə, ştatın cənubunda "Woolsey" və "Hill" yanğınları da davam edir.

Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib. ABŞ prezidenti Donald Tramp Kaliforniyada böyük təbii fəlakət rejimi elan edib.(trend.az)

AzNews.az