İspaniya ərazisində yağan şiddətli yağışlar bir neçə əyalətdə fəsadlara səbəb olub. İspaniya ərazisində yağan şiddətli yağışlar bir neçə əyalətdə fəsadlara səbəb olub.
  • Qərb
  • 19 Noyabr 2018 16:46
  •  1 696

Yağış İspaniyanı iflic etdi

İspaniya ərazisində yağan şiddətli yağışlar bir neçə əyalətdə fəsadlara səbəb olub.

Kanar adalarında hündürlüyü 6 metrədək çatan dalğalar qeydə alınıb. Tenerife şəhərində binalardan birində eyvanın çökməsi nəticəsində binadan 40 nəfər təxliyə olunub.

Valensiya və Alikante şəhərlərində “qırmızı” təhlükə səviyyəsi elan olunub.

Bir çox məktəblərdə dərslər dayandırılıb.

İspaniyanın şimalındakı Basklar diyarında daşqınlar nəticəsində bir nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

İspaniyada yağıntıların bir həftə ərzində davam edəcəyi proqnozlaşdırılır.(trend.az)

© AzNews.az