Ümumilikdə 6 nəfər torpaq altında qalıb. Ümumilikdə 6 nəfər torpaq altında qalıb.
  • Qərb
  • 20 Noyabr 2018 10:07
  •  1 341

Yol çökdü, maşın və insanlar çuxura düşdü

Ümumilikdə 6 nəfər torpaq altında qalıb.

Portuqaliyanın İspaniya ilə sərhədindəki Borba bölgəsində avtomobil yolu çöküb.

Hadisə zamanı 2 avtomobil və bir neçə nəfər çuxura düşüb.

Məlumata görə, avtomobildəkilərlə birlikdə ümumilikdə 6 nəfər torpaq altında qalıb.

Hadisə yerinə 43 xilasedici və 14 ədəd qazma işi aparan texnika cəlb edilib. Xilasedicilərin bir neçə saatlıq çaışmalarından sonra 2 nəfərin cəsədini çıxarmaq mümkün olub.

Yolun aramsız yağışlardan səbəbindən çökdüyü ehtimal edilir.(qafqazinfo.az)

© AzNews.az