Hadisə Danimarkanın paytaxtı Kopenhagendə baş verib Hadisə Danimarkanın paytaxtı Kopenhagendə baş verib
  • Qərb
  • 21 Noyabr 2018 08:37
  •  910

Keçmiş mafiyyə başçısı və yazar öldürüldü - 31 yaşlı Türk

Hadisə Danimarkanın paytaxtı Kopenhagendə baş verib

Danimarkanın paytaxtı Kopenhagendə silahlı hücuma məruz qalan radio aparıcısı və narkotik qaçaqmalçılığı, qarət, xərac hərəkətləri ilə tanınan "Los Guerreros" (Döyüşçülər) adlı dəstənin keçmiş lideri Nedim Yaşar kitab təqdimatından dərhal sonra öldürülüb.

AzNews.az mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Kopenhagen polisi verib.

Məlumata görə, dünən axşam yerli vaxtla saat 19.38-də Kopenhagenin Nörrebro səmtindəki bir küçədə 31 yaşlı Yaşara 2 nəfər atəş açaraq hadisə yerindən qaçıb. Ağır yaralanan Yaşar aparıldığı xəstəxanada müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Nedim Yaşar təhdidlər aldığı üçün ötən il polis ona həyəcan telefonu veribmiş, ancaq təcavüzə məruz qaldığı zaman bu telefon onun yanında olmayıb.

Yaşar yerli bir radioda "Polis Radiosu" adlı veriliş aparırdı.

Nedim Yaşarın "Los Guerreros" dəstəsindən necə ayrıldığına həsr edilən "Rodder" (Köklər və yaxud bir qanqsterin çıxış yolu" adlı kitabı dərc olunmuşdu.

Yaşar bazar ertəsi bu kitabın təqdimat mərasimindən çıxdıqdan sonra silahlı hücuma məruz qalıb.

Xatırladaq ki, o, ata olacağını öyrəndikdən sonra dəstədən ayrılıb və bir radioda işə düzəlib. Yaşar apardığı proqramda tez-tez xatirələrindən və təcrübələrindən danışıb.

Türkiyədə doğulan və dörd yaşında ailəsiylə birlikdə Danimarkaya mühacirət edən Yaşarın ölüm xəbərindən sonra Danimarkanın ədliyyə naziri Soren Pape Poulsen onun yaxınlarına başsağlığı verib.

Nazir bu haqda Twitter hesabında yazıb: "Son dərəcədə kədərliyəm. Yeni həyat qurmaq istəyən bir adamla tanış olmuşdum. Bütün dostlarına və ailəsinə təsəlli verirəm".

Babək Göyüş

AzNews.az

image description image description image description