Səudiyyə mediası da vəliəhdin G20-nin sammitinə gedəcəyini yazmışdı. Səudiyyə mediası da vəliəhdin G20-nin sammitinə gedəcəyini yazmışdı.
  • Qərb
  • 21 Noyabr 2018 08:52
  •  908

Trampdan şahzadə açıqlaması - Onunla Argentinada görüşəcəm

Səudiyyə mediası da vəliəhdin G20-nin sammitinə gedəcəyini yazmışdı.

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı Qaşıqçı cinayətinə dair qərarını yüz faiz vermədiyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitində vəliəhd şahzadə Salmanla görüşəcəyini bildirib.

Səudiyyə mediası da vəliəhdin G20-nin sammitinə gedəcəyini yazmışdı.

Trump ötən gün verdiyi açıqlamada da Səudiyyə rəhbərliyinə dəstəyini gizlətməyib.

Ağ Evin sahibi vurğulayıb ki, ABŞ kəşfiyyatı Qaşıqçı cinayəti haqda məlumatları toplamaqda davam edir: "Ola bilsin ki, şahzadənin bu cinayətdən öncədən xəbəri olub, ancaq bu, hələ öz təsdiqini tapmayıb".

Babək Göyüş

AzNews.az