Seçkidən öncə Trampın var-dövləti 10 milyard dollardan çox olub Seçkidən öncə Trampın var-dövləti 10 milyard dollardan çox olub
  • Qərb
  • 21 Noyabr 2018 10:02
  •  904

Prezident seçildim, biznesdən xeyli pul itirdim - Trampın etirafı

Seçkidən öncə Trampın var-dövləti 10 milyard dollardan çox olub

"Prezident seçildikdən sonra xeyli var-dövlət itirdim. Mən bunu normal qarşılayıram, çünki bilirdim ki, belə olacaq".

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp səsləndirib. Tramp çıxışı zamanı nə qədər pul itirdiyini deməyib: "Təbii ki, eyni zamanda həm prezidentlik, həm də biznes fəaliyyəti ilə məşğul ola bilməzdim".

Ağ Evin sahibi Forbesin versiyasına görə artıq 30 ildir ki, ABŞ-ın ən varlı insanları siyahısında yer alır. Seçki kampaniyası ərəfəsində onun var-dövləti 10 milyard dollardan çox olub.

The New York Times qəzeti bir müddət öncə yazıb ki, Tramp atasından 413 milyon dollar alıb. Ehtimal edilir ki, bu pullardan dövlətə heç bir rüsum ödənilməyib.

Babək Göyüş

AzNews.az