Prezident qətiyyətli olduğunu bildirib. Prezident qətiyyətli olduğunu bildirib.
  • Qərb
  • 21 Noyabr 2018 16:37
  •  1 021

Zeman fikrindən dönmədi: “Baş nazir yenə Babiş olacaq”

Prezident qətiyyətli olduğunu bildirib.

Çexiyanın beş müxalifət partiyası Prezident Zemandan müraciətlə xahiş edib ki, əgər Çexiya parlamenti hökumətə etimadsızlıq bildirərsə, Andrey Babiş yenidən ölkənin baş naziri təyin edilməsin.

Prezident qətiyyətli olduğunu bildirib və Babişi dəstəklədiyini təsdiqləyib. Onun sözlərinə görə, cümə günü keçiriləcək səsvermənin nəticələrindən asılı olmayaraq hökumətin indiki başçısı yenə baş nazir olacaq.

Prezidentin mətbuat katibi İrji Ovçaçek təsdiqləyib ki, Zeman öz qərarını dəyişməyəcək.(AZƏRTAC)

© AzNews.az