İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
  • Qərb
  • 6 Dekabr 2018 13:03
  •  3 936

ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası işə başladı

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

İtaliyanın Milan şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 25-ci illik iclası işə başlayıb.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

Görüş zamanı İtaliyanın bu il ATƏT sədri kimi fəaliyyəti nəzərdən keçiriləcək.

XİN başçıları ATƏT məkanında mövcud olan münaqişələrin həlli, ATƏT-in böhranların idarə olunması qabiliyyətinin gücləndirilməsi və müasir çağırışlara cavab vermək məsələlərini müzakirə edəcəklər.

İclasda həmçinin 2019-cu ildə ATƏT-ə sədrlik edəcək Slovakiyanın prioritetləri açıqlanacaq.(report.az)

© AzNews.az