O, traktoru palma ağacına çırpıb və polis tərəfindən saxlanılıb. O, traktoru palma ağacına çırpıb və polis tərəfindən saxlanılıb.
  • Qərb
  • 11 Dekabr 2018 15:59
  •  1 620

Traktor oğurlayan adam: Zombilər məni qovurdu

O, traktoru palma ağacına çırpıb və polis tərəfindən saxlanılıb.

ABŞ-ın Missisipi ştatında yaşayan 32 yaşlı Şaun Mişel Strud oğurladığı traktorla 4 maşını vurub və sonra aradan çıxıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, sonda o, traktoru palma ağacına çırpıb və polis tərəfindən saxlanılıb.

İzahat alınarkən özünü müdafiə üçün zombilər tərəfindən qovalandığını deyən Strudun o anda narkotikin təsiri altında ola biləcəyi deyilib.

“Qəsdən zərərvermə”də və “Oğurluq”da təqsirləndirilən Struda 15 il həbs cəzası verilib.

Bununla yanaşı o, 41 min dollar təzminat da ödəyəcək.

AzNews.az