Teraktı törədən şəxsin kimliyi məlum olub Teraktı törədən şəxsin kimliyi məlum olub
  • Qərb
  • 12 Dekabr 2018 08:46
  •  2 048

Strasburq teraktında ölənlərin sayı açıqlandı

Teraktı törədən şəxsin kimliyi məlum olub

Strasburq şəhərinin mərkəzində baş verən teraktda ölənlərin sayı açıqlanıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Fransanın daxili işlər naziri Kristof Kastaner keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 3 nəfər ölüb, 12 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara aparılıb.

Öncə 2 nəfərin öldüyü, 11 nəfərin yaralandığı deyilirdi. Media isə dünyasını dəyişənlərin 4 nəfər olduğunu yazmışdı.

Nazir insidenti terakt kimi qiymətləndirib.

Teraktı törədən şəxsin kimliyi məlum olub. Bu, Strasburq şəhərinin sakini 29 yaşlı Şərif Şekatdır. O, taksi ilə hadisə yerindən uzaqlaşmağı bacarıb. Onun tutulması üçün 350 nəfər güc strukturlarının nümayəndələri cəlb edilib.

Qeyd edək ki, Şərif Şekat şəhərin mərkəzində fəaliyyət göstərən bayram yarmarkasında əhaliyə atəş açıb.

Babək Göyüş

© AzNews.az