Hərbi hədəf İŞİD-ın tam məğlubiyyətidir. Hərbi hədəf İŞİD-ın tam məğlubiyyətidir.
  • Qərb
  • 12 Dekabr 2018 11:37
  •  2 664

“Daxili təhlükəsizlik qüvvələri yaradılanadək Suriyada qalacağıq” - Ağ Ev

Hərbi hədəf İŞİD-ın tam məğlubiyyətidir.

ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizədə xüsusi köməkçisi Brett McGurk Dövlət Katibliyində təşkil olunan mətbuat konfransında İŞİD-lə mübarizədəki son vəziyyət barədə danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, McGurk Suriyada İŞİD-ə qarşı əməliyyatların davam etdiyini və varlığının 1%-ə düşdüyünü bildirib.

Suriyada İŞİD-in tamamilə təmizlənməsindən sonra əldə olunanların davamlılığını artırmaq üçün işlər gördüklərini deyib.

ABŞ qüvvələrinin Suriyadan nə vaxt çıxacağı ilə bağlı suala “Bütün bunların davamlı olduğuna əmin olacağımız bir kampaniya ərəfəsindəyik. Hərbi hədəf İŞİD-ın tam məğlubiyyətidir. Bu illər ərzində bir şey öyrəndik – onları fiziki cəhətdən məğlub edib, asanlıqla çıxıb gedə bilmərik. Onları məğlub etmək üçün daxildə təhlükəsizlik qüvvələrinin yaradıldığından əmin olmalısınız”, - deyə cavab verib.

Digər tərəfdən Tramp Ağ Evdə İraq ilə Suriyadakı azlıqları qorumağı və onlara dəstək olmağı tələb edən qanunun imza mərasimində danışıb. O, İŞİD-lə mübarizənin sona çatdığını və 30 gün ərzində bütün İŞİD terroristlərinin məhv ediləcəyini bildirib:

“İŞİD-ə qarşı böyük iş gördük. Dünyanın o bölgəsində sayıları azalıb və qarşıdakı 30 gün ərzində heç biri qalmayacaq”.

Pərvanə Ağazadə

AzNews.az