"Biz Türkiyəni konsultasiyaya və koordinatlı hərəkət etməyə çağırırıq". "Biz Türkiyəni konsultasiyaya və koordinatlı hərəkət etməyə çağırırıq".
  • Qərb
  • 13 Dekabr 2018 09:24
  •  1 459

Türkiyənin Suriyada başlayacağı yeni hərbi əməliyyatlar qəbuledilməzdir - ABŞ

"Biz Türkiyəni konsultasiyaya və koordinatlı hərəkət etməyə çağırırıq".

Türkiyənin Suriyanın şimal-şərq bölgəsində nəzərdə tutduğu hücum planı qəbuledilməzdir və narahatlıq doğurur.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Şon Robertson yayıb.

"ABŞ hərbçilərinin iştirakı olmadan Suriyanın bu bölgəsində təkbaşına aparılan hərbi əməliyyatlar ciddi narahatlıq yaradır. Biz Türkiyəni konsultasiyaya və koordinatlı hərəkət etməyə çağırırıq". Şon Robertson belə deyib.

YPG terror təçkilatının rəsmiləri isə bildirib ki, rəsmi Ankaranın hücumları İŞİD terrroristlərinin işinə yaraya bilər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən türk hərbçilərinin Yevfrat çayının şərqində məskunlaşan Suriya kürdlərinə qarşı hücuma keçəcəyi anonsunu vermişdi.

Babək Göyüş

© AzNews.az