Dekabrın 13-də Fransada Strasburq faciəsinin qurbanlarının xatirəsini anmaq məqsədilə Eyfel qülləsinin işıqları söndürülüb. Dekabrın 13-də Fransada Strasburq faciəsinin qurbanlarının xatirəsini anmaq məqsədilə Eyfel qülləsinin işıqları söndürülüb.
  • Qərb
  • 13 Dekabr 2018 09:47
  •  1 462

Eyfel qülləsi qaranlığa büründü

Dekabrın 13-də Fransada Strasburq faciəsinin qurbanlarının xatirəsini anmaq məqsədilə Eyfel qülləsinin işıqları söndürülüb.

Bu haqda Fransa paytaxtının meri Ann İdalqo öz “Twitter” hesabında məlumat yayıb.

Qurbanların xatirəsini anmaq və qohumlarına dəstək olmaq üçün qüllənin işıqları saat 00:00-da söndürülüb.

Xatırladaq ki, dekabrın 11-i, axşam saatlarında Strasburqda 29 yaşlı Şərif Şekat milad yarmarkasına toplaşanlara atəş açaraq, aradan çıxıb. Silahlı hücum nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb. Şəhərin meri hadisənin terror aktı olduğunu təsdiqləyib.

Sonradan məlum olub ki, atəş açan şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və terrorda şübhəli bilinən şəxs kimi yerli təhlükəsizlik orqanlarının “radar”ında olub.(oxu.az)

© AzNews.az