Daniels Trampın atdığı bir tvitə görə də onu məhkəməyə verib. Daniels Trampın atdığı bir tvitə görə də onu məhkəməyə verib.
  • Qərb
  • 13 Dekabr 2018 10:11
  •  4 879

Tramp cinsi əlaqədə olduğu qızdan 293 min dollar alacaq - məhkəmə qərarı

Daniels Trampın atdığı bir tvitə görə də onu məhkəməyə verib.

Porno film aktrisası Stormi Daniels ABŞ prezidenti Donald Trampa 293 min dollar ödəməli olub. Bu haqda məhkəmə qərar çıxarıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsl adı Stefani Klifford olan Danielsin 293 min dollardan əlavə təxminən min dollar sanksiya cəzası da ödəməli olduğu bildirilib.

Aktrisanın vəkili isə onun bir qəpik belə ödəməyəcəyini və gizlilik razılaşması məhkəməsində ondan istənilən puldan daha çox qazanacağını deyib.

Qeyd edək ki, Tramp ilə 2006-cı ildə cinsi əlaqədə olduğunu iddia edən Daniels 2016-cı ildəki prezident seçkilərindən qısa müddət əvvəl bu barədə imzaladığı gizlilik razılaşmasının etibarsız olduğuna görə Trampı məhkəməyə verib.

Daniels Trampın atdığı bir tvitə görə də onu məhkəməyə verib, ancaq bu tvit fikir azadlığı çərçivəsində dəyərləndirilib.

AzNews.az