Macarıstan əhalisi ərzağa daha çox pul xərcləyir. Macarıstan əhalisi ərzağa daha çox pul xərcləyir.
  • Qərb
  • 14 Dekabr 2018 12:45
  •  1 737

Macarıstan əhalisi daha çox nəyə pul xərcləyir?

Macarıstan əhalisi ərzağa daha çox pul xərcləyir.

2018-ci ilin ilk yarısında Macarıstan əhalisi ötən ilin analoji dövrü ilə müqayisədə ərzaq mallarına 15,4 faiz daha çox vəsait xərcləyib.

Orta statistik Macarıstan vətəndaşının bu məqsədlə aylıq xərcləri 24 600 forintə (1 avro = 320 forint) yaxın olub.

Bu rəqəmlər Macarıstan Mərkəzi Statistika İdarəsinin məlumatında yer alıb. Qeyd olunub ki, ölkədə ərzaq mallarına xərclənən vəsait həmin dövrdə 11 faiz artıb. Bu rəqəm inflyasiyanın səviyyəsini də əks etdirir. Macarlar ərzaq malları sırasında ən çox ət-süd məhsullarına, yumurta və meyvə-tərəvəzə pul xərcləyiblər.(AZƏRTAC)

© AzNews.az