"Gələcəkdəki əlaqələrimizdə nə istədiklərini deməlidirlər". "Gələcəkdəki əlaqələrimizdə nə istədiklərini deməlidirlər".
  • Qərb
  • 14 Dekabr 2018 12:55
  •  2 087

Avropa Birliyindən Britaniyaya “Nə istədiyini de!” çağırışı

"Gələcəkdəki əlaqələrimizdə nə istədiklərini deməlidirlər".

Avropa Komissiyasının sədri Jean-Claude Juncker ilə Avropa Şurasının sədri Donald Tusk Avropa Birliyi liderlərinin sammitindən sonra ortaq mətbuat konfransı təşkil edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Juncker Böyük Britaniyanın bir neçə həftə ərzində Brexit ilə bağlı gözləntilərini Avropa Birliyinə bildirməli olduğunu deyib:

“İngilis dostlarımız, bizdən nə istədiyimizi soruşmaq yerinə, gələcəkdəki əlaqələrimizdə nə istədiklərini deməlidir. Bunu açıqlamaqlarını gözləyirik”.

AB-nin bu müddətdə üzərinə düşən vəzifəni yerinə yetirdiyini vurğulayan Juncker “Dekabrın 19-da Britaniya birlikdən anlaşmasız ayrılarsa, Brüsselin hazırlıqları ilə bağlı məlumatları paylaşacaq”, - deyib.

Juncker Britaniya parlamentində Brexit səs verməsi ilə əlaqəli bir suala verdiyi cavabda bəzən öz psixologiyasını belə anlamaqda çətinlik çəkdiyini bildirirərək “Ancaq onların parlamentindəkilərin psixologiyasını anlamaq daha çətindir”, - bildirib.

Pərvanə Ağazadə

AzNews.az