Keçmiş vəkili Maykl Kohenden yeni bir zərbə gəldi. Keçmiş vəkili Maykl Kohenden yeni bir zərbə gəldi.
  • Qərb
  • 14 Dekabr 2018 17:02
  •  3 245

Trampın qorxduğu başına gəlir

Keçmiş vəkili Maykl Kohenden yeni bir zərbə gəldi.

ABŞ prezidenti Donald Trampa keçmiş vəkili Maykl Kohenden yeni bir zərbə gəldi.

ABC News-a müsahibə verən Kohen porno ulduzu Stormy Daniels və Playboy modeli Karen Mcdougala danışmaması üçün təxminən 300 min dollar verilməsi əmrinin D.Trampın verdiyini deyib.

Kohene görə, ABŞ lideri bu hərəkətin səhv olduğunu bilərək, sözügedən addımı atıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, prezident bu olayla bağlı dünən Tvitter hesabında belə yazıb:

“Maykl Koendən heç vaxt qanunu pozmasını istəməmişəm. Vəkildir və hüququ bilməsi lazım idi. Əgər bir səhv buraxılıbsa, onun böyük məsuliyyəti var. Buna görə pul alırlar".

Rusiyanın araşdırmasından sonra üç il həbs cəzası alan M. Kohenə qarşı ittihamlar arasında seçki kampaniyasında maliyyələşdirmə qaydalarını pozmaq, bank dələduzluğu və Moskvadakı bir əmlak layihəsi üçün Trampa vasitəçilik etmək məqsədilə federal nümayəndələrə yalan danışma məsələləri yer tutur.

Seçkilərdəki Rusiya barmağını araşdıran istintaq xüsusi prokuror Robert Mueller idarə edir.

Əsmər Qabil

AzNews.az

image description