Belçikanın sabiq baş naziri Gay Verhofstadtin Aİ ilə bağlı səsləndirdiyi bu fikirlər xüsusi diqqət çəkib. Belçikanın sabiq baş naziri Gay Verhofstadtin Aİ ilə bağlı səsləndirdiyi bu fikirlər xüsusi diqqət çəkib.
  • Qərb
  • 15 Dekabr 2018 10:41
  •  1 607

Avropa İttifaqı dağıla bilər

Belçikanın sabiq baş naziri Gay Verhofstadtin Aİ ilə bağlı səsləndirdiyi bu fikirlər xüsusi diqqət çəkib.

Fransada “sarı jiletlilər” inqilabının başlaması və aksiyaların Avropa İttifaqının (Aİ) digər ölkələrinə də yayılması birliyin taleyini sual altında qoyub. Artıq Aİ-nin dağıla biləcəyinə dair fikirlər səslənməyə başlayıb. Etiraz aksiyalarının baş verdiyi ölkələrin iqtidarlarının istefası ilə yanaşı, həmin ölkələrin Aİ-dən çıxması barədə tələblər də az deyil. Fransanın ittifaqdan çıxması tələbi “sarı jiletlilər”in əsas tələbinə çevrilib.

Birliklə Amerikanın da münasibətləri elə də xoş deyil. Xüsusilə, ABŞ-ın İrana qarşı sanksiyalara bəzi ittifaq ölkələrinin qoşulmaması rəsmi Vaşinqtonun səbir kasasını doldurub. Dövlət katibi Mayk Pompeo açıq şəkildə bəyan edib ki, Aİ ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.

Son olaraq Belçikanın sabiq baş naziri Gay Verhofstadtin Aİ ilə bağlı səsləndirdiyi bu fikirlər xüsusi diqqət çəkib.

Sitat: “İnqilab küçələrdə deyil, Aİ-nin siyasi strukturlarında baş verməlidir”.

Sabiq nazir fikirlərinə əsas kimi son beş ildə Avropada problemlərin öz həllini tapmadığını göstərib. O, gələn il inqilabların küçələrdən siyasi dəhlizlərə gedə biləcəyini istisna etməyib.

Ekspertlər Fransa prezidenti Emmanuel Makronun Avropa ordusu ideyası ilə çıxışının ardından ölkəsini və digər Avropa dövlətlərini “sarı jiletlilər”in ağuşuna almasının Aİ-nin taleyi üçün ciddi təhlükələr vəd etdiyini bildirirlər.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova “Yeni Müsavat”a ittifaqın gələcək taleyi ilə bağlı bunları dedi: “Avropa Birliyində islahat aparılması ideyası hələ birliyin yaradılmasından bir müddət sonra gündəmə gəlmişdi. İndiyə qədər bəzi ölkələr, xüsusilə İngiltərə, Fransa və Almaniya orada islahatların aparılması tərəfdarı kimi çıxış edirdilər. Brexitdən sonra bu yük Almaniya və Fransanın üzərinə düşür. Fransa prezidenti Makron da Avropa inteqrasiyasına tərəfdar olan siyasətçi kimi hələ namizədliyi dövründə islahatların vacibliyini önə çəkirdi. İslahatlar baş verməsə, o, Brexit məsələsinin qaçılmaz olduğunu deyirdi. Xüsusən Brexitdən sonra britaniyalıların Avropa təsisatlarına inamsızlığının üzə çıxması Avropa Birliyini islahatlara getməyəcəkləri təqdirdə birliyin zəifləyəcəyi, hətta parçalanacağı təhdidi ilə üzbəüz qoymuş oldu.

Nəzakət Məmmədova musavat.com ile ilgili görsel sonucu

Bu gün tələb olunan islahatları qeyd etdiyimiz kimi Makron da prezidentlik kampaniyası zamanı vəd etmişdi. “Sarı jiletlilər”in isə Brexitə rəvac verməsi, Fransanın AB-dən çıxma tələbi qoyması liberal, avrosentrist Makrona qarşı yönəlmiş tələbdir. Bu, ilk növbədə Avropa Birliyində islahatlar yolu ilə virliyi möhkəmlətməyə çalışan Fransa prezidentinin avrosentrist mövqeyinə vurulan zərbədir. Vahid Avropa tərəfdarı olan mərkəzçi Makronun avrosentrist mövqeyi onun prezidentlik postunu itirməsi təhlükəsi həddinədək gələ bilməzdi, əgər o, toxunulmaz mövzu olan NATO-ya alternativ vahid Avropa ordusu ideyasını ortaya atmazsa.

Üstəlik, İrana sanksiyalar məsələsində Fransanın ABŞ-a müqaviməti, onun maraq zonası olan Orta Şərq, Şimali Afrika və Cənubi Qafqaza müdaxiləsi ABŞ-ın narazılığını son həddə çatdırdı. Makron həm də qloballaşma prosesləri fonunda Fransanın Avropa Birliyində olmasının vacibliyini vurğulamışdı. Hər bir halda Fransa radikal Le Penə deyil, liberal Makrona səs verməklə, onun qloballaşma dövründə Fransanı irəliyə aparacağına ümid edirdi. İnsanların əsas gözləntisi sosial rifah və vergilərin azaldılması idi.

Lakin Avropanın son sosialist ölkəsi adlandırılan Fransada insanlar sosialist kimi kiçik vergi verib, dövlətdən özlərinə yüksək qayğı, qiymətlərin artırılmamasını tələb edirlər. Halbuki, qloballaşmanın, fransızların mondializm adlandırdığı prosesin kökündə varlı ölkələrin əhalisinin yoxsullaşması, yoxsul ölkələrin əhalisinin varlanması dayanır. Bir çox müəssisələr əhalisi çox, işçi qüvvəsi ucuz olan Çin, Hindistan, Pakistana köçürülür. Üstəlik, avropalıların həssas yanaşdığı ekologiya məsələləri də sənaye cəhətdən inkişaf etmiş ölkələr arasında mübahisə mövzusu olur. Belə bir şəraitdə üstəlik Avropanın ABŞ-a meydan oxuması Atlantik okeanının şərq və qərbindəki qarşıdurmanı artırır. İrana qarşı sanksiyalara qoşulmamaq, Qüds məsələsində Fələstini dəstəkləmək, enerji layihələrinə münasibətdə fikir ayrılıqları, Yaxın Şərqin enerji resursları uğrunda mübarizə, vahid ordu və s. ABŞ və Avropanı qarşı-qarşıya gətirir. Belə bir şəraitdə Makrona xəbərdarlıq bütün avrosentristlərə şamil oluna bilər".