Ölkədə təxminən 89.000 polis iş başında olacaq Ölkədə təxminən 89.000 polis iş başında olacaq
  • Qərb
  • 15 Dekabr 2018 14:04
  •  1 854

Fransada aksiyadan əvvəl saxlanılanlar var

Ölkədə təxminən 89.000 polis iş başında olacaq

Sarı “jiletli” lərin nümayişindən əvvəl Fransanın paytaxtı Parisdə 25 adam saxlanılıb. Bu barədə France İnfo xəbər verib.

AzNews.az xarici mediaya istinadən məlumat verir ki, yanacaq qiymətlərinin yüksəlməsinə cavab olaraq başlayan sarı “jiletli”lər aksiyası sonradan ölkə prezidenti Emmanuel Makrona qarşı qəzəbə çevrildi.

Makronun vədlərinə inanmayan aktivistlər Parisin məşhur Champs-Elysees prospekti və Opera meydanında toplaşacaqlar.

Ölkədə təxminən 89.000 polis iş başında olacaq. Bundan başqa, 8 min polis və 14 zirehli maşın şəhərin qorumasına xidmət edəcək.

Nümayişə görə, Champs-Elysees prospektindəki mağaza və restoranlar bağlıdır. Bir neçə metro stansiyaları da işləməyəcək.

Əsmər Qabil
AzNews.az