Makedoniyadan yola düşən avtobus Serbiyanın cənubunda yoldan çıxıb. Makedoniyadan yola düşən avtobus Serbiyanın cənubunda yoldan çıxıb.
  • Qərb
  • 16 Dekabr 2018 15:13
  •  1 835

Serbiyada ağır qəza - Ölənlər var

Makedoniyadan yola düşən avtobus Serbiyanın cənubunda yoldan çıxıb.

Hadisə yerli vaxtla saat 01:45-də baş verib.

Prilep-Vyana marşrutu ilə hərəkət edən avtobus yoldan çıxıb və aşıb.

Serbiya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, 3 nəfər ölüb, 28 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis qəzanın səbəblərini araşdırır.

Qeyd edək ki, son iki gündür Serbiyada yağış və qar yağıb.(trend.az)

AzNews.az