Avropa İttifaqı ölkələrindən Britaniyaya immiqrasiya 80 faiz azaldılacaq Avropa İttifaqı ölkələrindən Britaniyaya immiqrasiya 80 faiz azaldılacaq
  • Qərb
  • 16 Dekabr 2018 19:47
  •  1 213

Londondan miqrantlara qarşı SƏRT ADDIM: 2025-ci ilə kimi…

Avropa İttifaqı ölkələrindən Britaniyaya immiqrasiya 80 faiz azaldılacaq

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin başçısı Avropa İttifaqından miqrantların girişinin sərtləşdirilməsi barədə qanun layihəsi hazırlayıb.

Daxili işlər naziri Sacid Cavidin layihəsinə əsasən, Avropa İttifaqı ölkələrindən Britaniyaya immiqrasiya 80 faiz azaldılacaq.

Miqrasiya qaydalarının sərtləşdirilməsi xüsusi halda, yüksək ixtisaslı işçilərə toxunacaq. Nəşrin məlumatına görə, 2025-ci ilə kimi Avropa İttifaqından Britaniyaya girən miqrantların sayı 10-25 minə qədər azaldılmalıdır. Dekabrın əvvəlində dərc edilmiş məlumatlara əsasən, 12 ay ərzində Avropa İttifaqı ölkələrindən Böyük Britaniyanın ərazisinə 74 min miqrant gəlib və bu, son altı il ərzində ən aşağı göstəricidir. (publika.az)

AzNews.az