"Hər kəs əvvəl-axır özlərində cəsarət taparaq əsil həqiqəti deməlidirlər". "Hər kəs əvvəl-axır özlərində cəsarət taparaq əsil həqiqəti deməlidirlər".
  • Qərb
  • 18 Dekabr 2018 10:03
  •  2 563

Tramp xüsusi xidmətin nüfuzuna zərər vurur - Federal İstintaq Bürosunun sabiq direktoru

"Hər kəs əvvəl-axır özlərində cəsarət taparaq əsil həqiqəti deməlidirlər".

ABŞ prezidenti Donald Tramp daimi olaraq öz köməkçiləri ilə birgə yalan məlumatlar yaymaqla xüsusi xidmətin nüfuzuna zərər vurur.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Federal İstintaq Bürosunun sabiq direktoru Ceyms Komi səsləndirib.

"Onun komandasında respublikaçılar partiyasından olanlar da daxil olmaqla hər kəs əvvəl-axır özlərində cəsarət taparaq əsil həqiqəti deməlidirlər". Komi belə deyib.

Ağ Evin sahibinin fikrincə, onun keçmiş vəkili Maykl Koen və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn öz vəzifələrindən sui-istifadə ediblər.

Xatırladaq ki, ABŞ liderinin sabiq vəkili Trampın görüşdüyü iki qadına pul verdiyinə görə Federal Prokurorluq tərəfindən ittiham edilib və 3 il azadlıqdan məhrum olunub.

Vəkil isə deyib ki, Trampın pulların qeyri-qanuni verilməsi haqda məlumatı olub, ancaq buna baxmayaraq heç bir addım atmayıb.

Babək Göyüş

© AzNews.az

image description