Hal-hazırda ABŞ Rusiya və Çinin hipersəsli silahları qarşısında gücsüz vəziyyətdədir. Hal-hazırda ABŞ Rusiya və Çinin hipersəsli silahları qarşısında gücsüz vəziyyətdədir.
  • Qərb
  • 18 Dekabr 2018 11:36
  •  1 373

ABŞ Rusiya və Çin raketləri qarşısında müdafiəsiz olduğunu etiraf etdi

Hal-hazırda ABŞ Rusiya və Çinin hipersəsli silahları qarşısında gücsüz vəziyyətdədir.

Bu barədə ABŞ Hesablama Palatasının Senat üçün hazırladığı məruzədə deyilir.

Məruzədə hipersəsli raketlərin istənilən hava hücumundan müdafiə sistemini yara bilməsi faktını nəzərə alan Çin və Rusiyanın bu sahədə ciddi tədqiqatlar apardığı və yeni raketlər hazırladığı xəbər verilir. Həmin raketlərə nüvə başlığı yerləşdirməklə ABŞ ərazisini tam hədəfə almaq mümkündür.

“Hazırda bu raketlərə qarşı müdafiəsizik”-deyə məruzədə qeyd olunub.

Hazırda Pentaqon “Lockeed Martin” şirkətinə hipersəsli raketlərin prototipini yaratmaq üçün 1,3 milyard dollarlıq sifariş verib. Rusiya “Avanqard” və “Kinjal” adlı hipersəs raketlərinin istehsalına başlamışdı.(modern.az)

© AzNews.az