ABŞ-ın nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək ABŞ-ın nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək
  • Qərb
  • 19 Dekabr 2018 10:00
  •  1 446

Tramp Davos Forumuna qatılacaq - Ağ Ev

ABŞ-ın nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək

ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda iştirak edəcək.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders keçirdiyi brifinqdə yayıb.

Onun sözlərinə görə, ABŞ-ın nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək.

Davosa, həmçinin dövlət katibi Mayk Pompeo, ticarət naziri Uilbur Ross, əmək naziri Aleks Akosta və digər rəsmilər yollanacaq.

Prezidentin müşavirləri - Trampın qızı İvanka Trampın və Cared Kuşnerin də İsveçrəyə gedəcəyi deyilir.

Babək Göyüş

© AzNews.az