Naməlum hakerlər Avropa Birliyi ölkələrinin diplomatlarının bir neçə illik elektron yazışmalarını, o cümlədən Rusiya ilə bağlı məktublaşmalarını oğurlayıblar. Naməlum hakerlər Avropa Birliyi ölkələrinin diplomatlarının bir neçə illik elektron yazışmalarını, o cümlədən Rusiya ilə bağlı məktublaşmalarını oğurlayıblar.
  • Qərb
  • 19 Dekabr 2018 16:38
  •  1 166

Hakerlər avropalı diplomatların yazışmalarını ələ keçirdilər

Naməlum hakerlər Avropa Birliyi ölkələrinin diplomatlarının bir neçə illik elektron yazışmalarını, o cümlədən Rusiya ilə bağlı məktublaşmalarını oğurlayıblar.

Bu barədə “The New York Times” məlumat yayıb.

Qəzetin qeyd etdiyinə görə, xəbəri ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) kibertəhlükəsizlik sahəsində ixtisaslaşan keçmiş əməkdaşları tərəfindən təsis edilən “Area 1” şirkəti də təsdiqləyib.

Firma oğurlanan məlumatların hələlik adı açıqlanmayan şəbəkədə dərc edildyini bildirib. “Area 1”-in əməkdaşları qəzetin jurnalistlərini əvvəllər diplomatik kanallarla ötürülən 1,1 min civarında məktub və yazışma ilə tanış ediblər.

Xatırladaq ki, təqribən bir həftə qabaq “The New York Times” Çin kəşfiyyatına bağlı haker qrupunun “Marriot İnternational İnc” otel qrupunun serverinə daxil olaraq, şəbəkənin bütün dünyadakı otellərində qalan 500 milyon insanın personal məlumatlarını əldə etmək bacardığından yazmışdı.

Otelin qonağı olan 327 milyon şəxsin telefon, pasport seriya nömrələri, elektron poçtlarının ünvanları, bir sözlə, hər şey hakerlərin əlinə keçib.(musavat.com)

© AzNews.az