"İtaliyanın 2019-cu ilin dövlət büdcəsilə bağlı Avropa İttifaqı ilə razılaşma əldə olunub". "İtaliyanın 2019-cu ilin dövlət büdcəsilə bağlı Avropa İttifaqı ilə razılaşma əldə olunub".
  • Qərb
  • 19 Dekabr 2018 17:04
  •  1 822

Aİ İtaliyanın dövlət büdcəsi ilə bağlı razılığa gəldi

"İtaliyanın 2019-cu ilin dövlət büdcəsilə bağlı Avropa İttifaqı ilə razılaşma əldə olunub".

TASS xəbər verir ki, bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis deyib.

Onun sözlərinə görə, bununla da həmin ölkəyə qarşı sanksiyalar məsələsi gündəmdən çıxıb: “Verilən qərar, bəlkə də, mükəmməl deyil, amma büdcə kəsiri ilə bağlı müvafiq prosedurdan qurtulmağa imkan yaradır”.

Bundan əvvəl Avropa İttifaqının İtaliyaya qarşı büdcəyə düzəlişlər etməməsi üçün cərimə sanksiyaları tətbiq etmək niyyətində olduğu bildirilmişdi.(report.az)

© AzNews.az