"Dünya İqtisadi Forumuna çox əhəmiyyətli səfərimi ləğv edirəm". "Dünya İqtisadi Forumuna çox əhəmiyyətli səfərimi ləğv edirəm".
  • Qərb
  • 10 Yanvar 2019 23:09
  •  1 454

Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək

"Dünya İqtisadi Forumuna çox əhəmiyyətli səfərimi ləğv edirəm".

ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Demokratların sərhəd təhlükəsizliyi üzrə güzəştə getməməsi və ölkəmiz üçün olduqca əhəmiyyətli olan təhlükəsizlik səbəbindən mən İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna çox əhəmiyyətli səfərimi ləğv edirəm. Dünya İqtisadi Forumuna səmimi arzularımı və üzrümü çatdırıram".

AzNews.az