Elçin Xəlilov iş yerində güllələnib. Elçin Xəlilov iş yerində güllələnib.
  • Qərb
  • 15 Yanvar 2019 10:27
  •  3 433

Azərbaycanlı iş adamı ABŞ-da qətlə yetirildi - VİDEO

Elçin Xəlilov iş yerində güllələnib.

AzNews.az xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, hadisə yanvarın 14-də baş verib. Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.

Yaralı xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Şahidlərin dediyinə görə, onu güllələyən, mağazadan oğurluq etmək istəyən şəxs olub.

Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description