Florida ştatında yaşayan respublikaçı siyasətçi tvitter hesabından paylaşım edib. Florida ştatında yaşayan respublikaçı siyasətçi tvitter hesabından paylaşım edib.
  • Qərb
  • 16 Yanvar 2019 10:04
  •  1 676

“Müsəlman deputat Konqresi havaya uçurda bilər” – Qalmaqallı paylaşım

Florida ştatında yaşayan respublikaçı siyasətçi tvitter hesabından paylaşım edib.

ABŞ-ın Nümayəndələr Palatasının ilk qadın müsəlman üzvlərindən olan Rəşidə Tlaib islamofobik paylaşımı edən və Florida ştatında yaşayan respublikaçı siyasətçiyə tvitter hesabından cavab verib.

AzNews.az xəbər verir ki, haqqında “O təhlükəli biridir. Onun konqresi havaya uçurtmağı və şəhid olması məni təəccübləndirməzdi” deyən Anabelle Lima-Tauba reaksiya verən Tlaib islamofobik sözünə fikrini yönəldib.

Tlaib Lima-Tauba müraciət edərək “Bu nifrət tərkibli müsəlmanlığa qarşı ifadələr öz-özünə yaranmır, Tramp bu ifadələrə sahib çıxıb və Respublikaçılar da bununla çox xoşbəxtdirlər” açıqlamasını verib.

Facebookdakı paylaşımını qısa müddətdən sonra silən Lima-Tlaub isə yerli mediada yayılan paylaşımına görə öz partiyası da daxil olmaqla bir çox təbəqənin reaksiyasına məruz qalıb.

Pərvanə Ağazadə

AzNews.az