Yunanıstan 200 milyon avro dəyərində cərimələnib Yunanıstan 200 milyon avro dəyərində cərimələnib
  • Qərb
  • 16 Yanvar 2019 15:31
  •  1 274

Aİ Yunanıstanı cərimələdi - 200 milyon avro

Yunanıstan 200 milyon avro dəyərində cərimələnib

Avropa İttifaqının Dələduzluqla Mübarizə İdarəsi (OLAF) Yunanıstanı 200 milyon avro dəyərində cərimələyib.

Buna səbəb çinli cinayətkarların Yunanıstanın Pirey limanı vasitəsilə çox ucuz malları idxal etməsi və ölkənin genişmiqyaslı vergi dələduzluğunun qarşısını ala bilməməsidir.

Cinayətkarlar gətirdikləri ayaqqabıların və geyimlərin gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəmirdi.(AZƏRTAC)

© AzNews.az