Stefan Lövfen yenidən İsveçin Baş naziri seçilib. Stefan Lövfen yenidən İsveçin Baş naziri seçilib.
  • Qərb
  • 18 Yanvar 2019 16:10
  •  1 264

İsveçin baş naziri kim oldu?

Stefan Lövfen yenidən İsveçin Baş naziri seçilib.

Yanvarın 18-də İsveç parlamentində (riksdaq) hazırkı hökumət rəhbəri və Sosial Demokrat Fəhlə Partiyasının lideri Stefan Lövfenin Baş nazir vəzifəsinə seçilməsi ilə bağlı səsvermə keçirilib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, səsvermənin nəticələri krallıqda dörd aydır davam edən siyasi böhrana son qoyub. Lövfenin namizədliyinin lehinə 115 deputatın, əleyhinə 153 parlament üzvünün səs verməsinə, həmçinin 77 nəfərin bitərəf qalmasına baxmayaraq, İsveç qanunvericilinə görə, o, parlamentdə azlığın rəhbəri kimi yenidən hökumətin başçısı seçilib. Bununla elə, azlıq hökuməti İsveçin siyasi həyatında normal hal hesab edilir.

Qeyd edək ki, bu səsvermə parlament seçkilərindən sonra Baş nazirin seçilməsi üzrə üçüncü cəhd olub. İsveç qanunlarına görə, dördüncü dəfə yeni hökumət başçısının seçilə bilməyəcəyi təqdirdə ölkədə yeni parlament seçkiləri keçirilməlidir.

Riksdaqa seçkilər ötən il sentyabrın 9-da keçirilib. Seçkilərdə İsveçin Sosial Demokratlar Partiyası ilə yanaşı, Yaşıllar Partiyasının, Solçu Partiyasının da daxil olduğu blok (40,7 faiz səslə) cüzi fərqlə rəqibi Sağ Mərkəzçi Alyansı (40,2 faiz) üstələyib. Beləliklə, iki bloku yalnız bir mandat ayırır – birinin 144, digərinin 143 yeri var.(AZƏRTAC)

© AzNews.az