Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir. Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir.
  • Qərb
  • 19 Yanvar 2019 17:45
  •  1 929

“The Washington Times” 20 Yanvar faciəsindən yazdı

Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazılıb.

Səfir yazıb ki, Azərbaycanın həmin dövrdə imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı qurbanlar verərək yekunda istədiyi azadlığı və müstəqil gələcəyi əldə edə bildi. Diplomat əlavə edib ki, Azərbaycan öz ərazisini xarici hərbi mövcudluqdan azad etmiş ilk sovet ölkəsi oldu:

“Sovet qoşunları tərəfindən həmin gecə azərbaycanlılar, ruslar, tatarlar, yəhudilər və başqa xalqların nümayəndələri öldürüldü. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri həmin gecənin qurbanları üçün yas tutdu”.

E.Süleymanov məqalədə qeyd edib ki, həqiqətən də müstəqil və uğurlu Azərbaycan sovet rejiminin qurbanı olmuş şəxslərin xatirəsi üçün ən yaxşı dəyərdir:

“Müstəqillik Azərbaycana xaricdən müdaxilə olmadan öz xalqının maraqları üçün fəaliyyət göstərməyə imkan verdi”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.(trend.az)

AzNews.az